İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-da jurnalstlərin Qəzzada gedən savaşla bağlı suallarını cavablandırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, ABŞ-da Qəzza zolağında girov olan şəxslərin ailə üzvləri ilə görüşdə israilli girovların azad olunması istiqamətində danışıqların irəlilədiyini deyib.
Baş nazir bildirib ki, danışıqlar son həftələr müsbət atmosferdə gedir: "İnanram ki, girovların mərhələlərlə azad edilməsinə nail olacacağıq".
Baş nazir deyib ki, HƏMAS-a təzyiqlərii artırmaları girovların qaytarılma şərtlərinə ciddi təsir edib: "Hazırda əsas məqsədimiz ötən ilin oktyabrın 7-dən bəri Qəzza zolağında girov götürülənlərin evlərinə qaytarılmasınə təmin etməkdir. Ancaq bu və bundan sonra da biz HƏMAS-a qarşı hücumları dayandırmayacağıq. Çünki HƏMAS-a qarşı hücumdan imtina İsraili İrana qarşı təhlükəyə atar..."
Xatırladaq ki, Qəzzada 116 israilli girov var, onlardan 44-nün öldüyü təxmin edilir.
Samir Musayev
MİA.AZ