Avropa İttifaqı Macarıstanı xarici işlər və müdafiə nazirlərinin görüşünə ev sahibliyi etmək hüququndan məhrum edib.
Mia.az xarici mətbuata istinadla bildirir ki, bu barədə Avropa İttifaqının (Aİ) ali komissarı Josep Borrel məlumat verib.
Onun sözlərinə görə, Maxarısatanın baş naziri Viktor Orbanın Ukrayana ilə bağlı ittifaqın mövqeyindən kənar davranışı, onun Kiyevə səfərdən dərhal sonra Moskvaya gedib Putinlə görüşməsi və sair məsələlər belə qərarın verilməsinə səbəb olub: "İttifaq ölkələrinin hamısının mövqeyi birmənalı olduğu halda, Macarıstanın hərəkətlərinin fərqli olması xoş deyil. O səbəbdən simvolik bir siqnal olsa belə, Budapeştə siqnal göndərməliydik".
Macarıstanın xarici işlər naziri Peter Szijjarto qərara belə reaksiya verib: "Bu, uşaq bağçasında olmaq kimidir".
Xatırladaq ki, Aİ-nin xarici işlər və müdafiə nazirləri blokun üzləşdiyi ən böyük qlobal problemləri müzakirə etmək üçün hər altı aydan bir qeyri-rəsmi görüşlər keçirirlər. Növbəti görüşlər 28-30 avqustda Budapeştdə keçirilməli idi, lakin Borrell görüşlərin Brüsseldə keçiriləcəyini açıqlayıb.
Lamiyə Əhmədli
MİA.AZ