Xalq artisti Ağadadaş Ağayev klinika gözətçisi ilə əlbəyaxa davasından danışıb.
Mia.az xəbər verir ki, o, APA-ya açıqlamasında "burada böyüdüləsi bir şey yoxdur" deyib.
Onun qısa açıqlamasının səsyazısı aşağıda təqdim edilib
***
Xalq artisti Ağadadaş Ağayevin əvvəl balta atıb, sonra əlbəyaxa olduğu "MedEra" xəstəxanasının gözətçisi Nurəddin Cəlilov saxlanılıb.
Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.
***
Xalq artisti Ağadadaş Ağayev və tanışı arasında əlbəyaxa dava olub.
Mia.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində yerlləşən "MedEra" klinikasında baş verib.
Məlumata görə, A.Ağayev bu klinikanın gözətçisi ilə mübahisə və dava edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a faktı təsdiqləyiblər.
Nazirlikdən bildirilib ki, hazırda faktla bağlı Binəqədi rayon Polis Şöbəsində araşdırma aparılır: "İyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A.Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə onu hədələdiyini bildirib. N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb".
***
Xalq artisti Ağadadaş Ağayevin balta ilə törətdiyi insidentin görüntüləri yayılıb.
Mia.az Oxu.Az-a istinadla həmin görüntüləri təqdim edir: