Azərbaycan sentyabrın 1-nə keçiriləcək parlament seçkiləri ilə bağlı 20 beynəlxalq quruma müşahidəçilik üçün dəvət göndərib.
Mia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xarici İşlər Nazirliyi, həm də Milli Məclis tərəfindən seçkiləri izləmək üçün ATƏT DTİHB, MDB, İƏT, GUAM, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı, ŞƏT, TDT, АТӘТ РА, MDB PA, TürkPA, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı (İƏT Pİ), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏTPM), GUAM PA, Asiya Parlament Assambleyası (APA), Pan-Afrika Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (İƏT PA), Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyası (AIPA), Ərəb Parlamenti, Beynəlxalq Parlamentarilər Konqresi (IPC), Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) dəvət göndərilib.