"ABŞ-da kimin prezident olması bizim üçün önəmli deyil".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani həftəlik mətbuat konfransında suala cavab verərkən deyib.

Ancaq o, Co Baydenin noyabrda keçiriləcək prezident seçkilərindən geri çəkilməsinin İrana qarşı siyasətdə köklü dəyişiklik yarada biləcəyini istisna etməyib: "ABŞ-da hökumətlərin və ya şəxslərin gəlib-getməsi bizim üçün önəmli deyil. Burada həlledici olan ABŞ-ın İrana qarşı düşmənçilik siyasətidir. Bu siyasətlərdə köklü dəyişiklik münasibətlərin gedişatını dəyişə bilər".

Samir Musayev

MİA.AZ