İspaniyada xarici turistlərə qarşı etirazlar artır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İspaniyanın Mayorka şəhərində minlərlə insan ölkəyə gələn turistlərə qarşı böyük etiraz aksiyası təşkil ediblər.

Əllərində böyük plakatlarla küçələrə yürüşə çıxan minlərlə yerli sakin "Turistə "yox"", "Rədd olsun turistlər" şüarları səsləndiriblər.

İspaniya mediası yazır ki, turistlərin yerli əhali üçün yaşam şərtlərini ağırlaşdrıdığını, onların bahalıq yaratdığını iddia edən etirazçılar turzim şirkətlərindən tur-paketləri dayandrımağı tələb ediblər.

O da bildirilir ki, oxşar akiyalar Barselona və digər şıhərlərdə də yaşanır.

Onu da qeyd edək ki, İspaniya Milli Statistika Departamentinin məlumatına görə, ötən il ölkənin təkcə Balear adalarına 14,4 milyon turist gəlib. Bura Kataloniyadan sonra İspaniyanın turistlər üçün ən populyar ikinci bölgəsi olub. Bu ilin birinci rübündə isə İspaniyaya 16,1 milyon insan səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz çoxdur: "Keçən il tuistlər ümumilikdə İspaniyada 109 milyard avro xərcləyib".

Zülfiyyə

MİA.AZ