Xəbər verdiyimiz kimi, noyabrın 5-də keçiriləcək prezidentlik yarışından geri çəkilən ABŞ prezidenti Co Bayden yernə vitse-prezident Kamala Harrisi gördüyünü bəyan edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onun vitse-prezidentlə bağlı çağırışı isə təmsil elədiyi Demokartlar Partiyasının nüfuzlu şəxsləri tərəfindən dəsətklənməyib.
Məlumata görə, keçmiş prezident Barak Obama, ABŞ-ın dövlət katibi Antoni Blinken, Nümayəndələr Palatasının keçmiş sədri, Baydenlə prezidentliyə namizədlik uğrunda mübarizə aparan Nensi Pelosi, Miçiqan qubernatoru Qretchen Vitmer və sair nüfiuzlu partiya funksionerləri Baydenin geri çəkilməsi ilə bağlı açıqlamalarında Harrislə bağlı bir kəlmə belə söz açmayıblar.
Məsələn, keçmiş prezident Barak Obama açıqlamasında ABŞ tarixinin ən əhəmiyyətli prezidentlərindən biri olaraq xarakterizə etdiyi Baydenin bu seçkidəki risklərdən xəbərdar olduğunu qeyd eidb: "Biz qarşıda bir müddət bulanıq sularda üzəcəyik, amma mən partiya liderlərimizə tam güvənirəm".
ABŞ dövlət katibi Antoni Blinken də Baydenin prezidentik dönəmində tarixi uğurlar qazanıldığını və dünyada ABŞ-ın liderliyinin bərpa etdiyini qeyd edib. Ancaq o da Baydenin Harrislə bağlı "vəsiyyəti"ni görməzdən gəlib.
Samir MUSAYEV
MİA.AZ