Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Co Bayden noyabrın 5-də keçiriləcək prezidentlik yarışına qatlmayacağını bəyan eidb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Baydenin bu qərarına dünyann  əksər dövlət başçıları tərəfindən operativ reaksiyalar verilib.

İngiltərə Baş naziri Starmer deyib ki, Baydenin qərarına hörmətlə yanaşırlar.

Almaniya kansleri Şolts isə Baydenin qərarının təqdirəlayiq olduğunu bildirib. 

Ukrayna prezidenti Zelenski Baydenin Ukraynaya göstərdiyi sarsılmaz dəstəyini yada salıb və ona minnətdarlığını bir daha ifadə edib.

Polşanın baş naziri Donald Tusk deyib ki, Bayden indiyə qədər bir çox çətin qərarlar verib: "Yəqin ki, bu, sizin ən çətin verdiyiniz son qərardır"

İrlandiyanın xarici işlər naziri Micheal Martin isə Baydenin qərarını kədərlə qarşıladığını gizlətməyib.

Rusiyadan da maraqlı reaksiya gəlib. 

Kremlin sözçüsü Dmitri Peskov deyib: "Seçkilərə hələ 4 ay var və bu, çox şeyin dəyişə biləcəyi uzun müddətdir. Səbirli olmaq və bundan sonra nə olacağını diqqətlə izləmək lazımdır".

Samir MUSAYEV

MİA.AZ