Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 1048 nəfər namizədlik üçün müraciət edib.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, onlardan 700-nün namizədliyinin irəli sürülməsi təsdiqlənib.
MSK sədri qeyd edib ki, bütün proseslər axıra çatdırılana qədər seçki məntəqələrindəki vebkameralar fəaliyyət göstərəcək: "1000 məntəqədə vebkamera quraşdırılıb. Bu, aşkarlığın ən yüksək göstəricisidir. Eyni zamanda azad edilmiş ərazilərdə seçki məntəqələri yaradılıb"(Report).
MSK sədri əlavə edib ki, indiyədək 100 minə yaxın müşahidəçi seçkiləri izləyib.
Onun sözlərinə görə, seçki sənədlərinin xüsusilə məhkəmə səviyyəsində hazırlanmasında böyük nailiyyətlər əldə edilib: "Bu dəfə də proses standartlara uyğun şəkildə idarə olunacaq. Azərbaycanın beynəlxalq hüquq normalarına görə tanınan suveren ərazilərində ilk dəfədir parlament seçkiləri keçirilir. Bu, çox əhəmiyyətli olduğundan seçkilərin beynəlxalq hüquq normalarına uyğunluğu vacibdir. Ona görə beynəlxalq müşahidəçilərin prosesi izləməsi də önəmlidir. Yerli müşahidəçilərə birlikdə indiyədək 100 minə yaxın müşahidəçi seçkiləri izləyib".
Mia.az