İsrail oktyabrın 7-dən bu yana hücumı etdiyi Qəzza zolağında təhlükəsiz elan etdiyi daha bir bölgədə əməliyyat siqnalı verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail Ordusunun sözçüsü Aviçay Adraee açıqlama verib.
O, Xan Yunus şəhərinin şərqində yaşayan əhalini həmin ərazini dərhal tərk etməyə çağırıb: "Təcili bu bölgədən təxliyyə olunmalıısınız. Çünki bu bölgədə əməliyyat aparılacaq. O səbəbdən fələstinlilərdən müvəqqəti olaraq Əl-Məvasiyə getmələrini istəyirik"
Samir MUSAYEV
MİA.AZ