İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinə basqınları davam etdirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Dərnəyi açıqlama yayıb.
 
Məlumata görə, İsrail əsgərləri İordan çayının qərb sahili və Qüdsdə keçirdiyi reyddə ən az 26 fələstinli həbs edilib: "Tutulanlardan biri də jurnalist Həmzə Cabir də var".

Xəbərdə deyilir ki, oktyabrın 7-dən bəri adıçəkilən bölgədə saxlanılan fələstinlilərin sayı 9750-yə çatıb.

Tahir Şəlvəli

MİA.AZ