Türkiyənin ən məşhur geyim markalarından biri olan "LC Waikiki" mobbing (iş yerində qəsdən bezdirmək, təzyiq, sıxışdırma - Mia.az) ittihamları ilə üzləşib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, LC Waikiki şəbəkəsinin Samsundakı mağazasında işləyən Məhəmməd Yavuz məktub yazaraq özünü öldürüb. O, məktubunda ölümündə bölgə müdirini günahlandırıb.
Vida məktubunda iş yerində bölgə müdiir tərəfindən qəsdən təzyiq və mobbingə məruz qaldığını bildirən Yavuzun 1 övladı olduğu, həyat yoldaşının isə hamilə olması ölkəni ayağa qaldırıb.
Yavuz məktubunda yazıb: “Bu, intihar deyil, cəlladı E.C.-nin olduğu bir edam hadisəsidir. Mıəni bu həddə bölgə müdiri E.C. gətirib. E.C.-nin 2 ildir ağır təzyiqlərindən qurtula bilmədim. 14 il işlədiyim şirkətdə həyat yoldaşımın işdən dramatik şəkildə istefa verməsindən sonra ciddi mobbingə məruz qaldım. Əvvəlcə A sinifli mağazadan çıxarılıb, C sinifli mağazaya atıldım. Samsuna gəlmək istəsəm də, məni 4 ay Çorumda saxlayıb ailəmdən uzaqlaşdırdı. Bu azmış kimi, məni Samsunun mərkəzindəki mağazada hər şey qaydasındaykən məni bu dəfə 2 ay sonra Çarşamba mahalına göndərərək yerimdən didərgin saldı...".
Daha sonra həyat yoldaşına xitab edən Yavuz yazıb: İndi sizdən ayrılıram. Arxamda miras olaraq göz yaşı tökən bir qadın, atasız böyüyəcək bir uşaq, ana bətnində doğmamış körpə qoyub gedirəm".
Hadisə ilə bağlı "LC Waikiki" açıqlama yayıb: "Dünən axşam "LC Waikiki"nin Samsun şəhərindəki Çarşamba mağazamızda çalışan dəyərli həmkarımız Məhəmməd Yavuzun intiharını böyük kədərlə öyrəndik. Prokurorluq, sözsüz ki, hadisəni araşdırır. Biz isə daxili araşdırma apararaq nəticəni şəffaf şəkildə elan edəcəyik. Bununla yanaşı, bəyan edirik ki, şirkət daxilində belə halın omasından xəbərsiz olmuşuq...
...Bu prosesdə işçimizin həyat yoldaşı və ailəsi ilə sıx ünsiyyətdəyik, onun həyat yoldaşı və ailəsinin maddi və mənəvi ehtiyacları üçün nə lazımdırsa, edəcəyik. Dəyərli həmkarımız, mərhum Məhəmməd Yavuza Allahdan rəhmət, ailəsinə, yaxınlarına və bütün LC Waikiki əməkdaşlarına səbr diləyirik”.
Ləman
MİA.AZ