ABŞ-da noyabrda keçiriləcək Prezident seçkilərində Co Baydenin yenidən namizədliyi getdikcə təmsil olunduğu partiyada da narazılıqla qarşılanır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Baydenin namizədlikdən geri çəkilməsi, Vitse-prezident Kamala Harrisin onu əvəzləməsini istəyənlərin sayı isə durmadan artır.
AP/NORC Araşdırma Mərkəzinin ölkədə keçirdiyi son sosiloji sorğuya əsasən, Bayden namizədliyini geri çəkərsə, vitse-prezident Harrisin partiya daxilindəki mövqeyi güclənəcək:
"Sorğuda iştirak edən 10 Demokrat seçicidən 6-sı Harrisin Baydeni əvəzləyəcəyi təqdirdə yaxşı iş görəcəyinə inandığını desə də, 20 faizi bunu mümkünsüz sayıb. Qalan 20 faiz isə fikir bildirməyib".
Samir Musayev
MİA.AZ