Türkiyə Respublikası Mərkəzi Bankının valyuta ehtiyatı kəskin artıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Mərkəzi Bank hesabat yayıb.
Hesabata əsasən, Mərkəzi Bankının cəmi ehtiyatları əvvəlki həftəylə müqayisədə 5 milyard 348 milyon dollar artıb: "İndi Mərkəzi Bankın valyuta ehtiyatı 153 milyard 796 milyon dollara çatıb"
Məlumatda o da deyilir ki, bu dövrdə qızıl ehtiyatları 734 milyon dollar artaraq 59 milyard 451 milyon dollara yüksəlib.
Samir Musayev
MİA.AZ