Müğənni Elnarə Xəlilovanın maşını cərimə meydançasından çıxarılıb. Gecce.az xəbər verir ki, müğənni bu missiyanının həyat yoldaşının öhdəsinə düşdüyünü, prosedurdan xəbərinin olmadığını bildirib: "Maşın gec-tez cərimə meydançasından çıxmalıydı. Əlavə heç bir məlumatım yoxdur. Həyat yoldaşım açarı gətirib, verdi. Detalları bilmirəm. Nə baş Verdi? Kim-kimə nə dedi?”.

Müxbirin "avtomobilinizi nə vaxt geri götürdünüz?” sualına isə Elnarə zarafatyana "Bu bir sirdir. Nə bilirsiniz? Bəlkə, heç cərimə meydançasında olmayıb?” deyə cavab verib.