Xüsusi Təyinatlı Hərəkatın rəisi, general Süleyman Karadenizin MHP lideri Dövlət Baxçalının əlini öpməsi Türkiyə siyasətində hələ də müzakirə mövzusu olaraq qalır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin adının çəkilməsini istəməyən yüksək rütbəli zabitlərindən biri olaya münasibətdə "üzərində uniforma olan birinin əl öpməsi xoş və qanunauyğun deyil. Bunun izahı yoxdur" sözlərindən sonra general Süleyman Karadeniz qısa açıqlama verib.
O, Baxçalının 8 il sonra abzaya gəldiyini deyib və özünə haqq qazandırıb: "Dövlət təcrübəsinə və yaşına hörmət olaraq əlini öpdüm. Burada qəbahətli bir şey yoxdur..."
Xatırladaq ki, başda CHP lideri Özgür Özəl olmaqla müxalif partiya sədrlərinin hamısı generlaı qınayıblar.
Ərdoğanın lideri olduğu hakim AK Partiya məsələyə münasibət bildirməyib.
Firudin Səfərli
MİA.AZ