Bu gün Ursula fon der Leyen Avropa Parlamentində (AP) etimad səsverməsi aldı və o, daha bir müddətə Avropa İttifaqı (Aİ) Komissiyasının sədri oldu.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, AP-nin ən böyük qrupu olan Avropa Xalq Partiyası (APP) tərəfindən namizədliyi irəli sürülən və 6-9 iyun tarixlərində keçirilən seçkilərdən sonra Aİ liderləri tərəfindən AP-yə tövsiyə edilən Von der Leyen Baş Assambleyada keçirilən səsvermədə deputatlardan 401-nin “hə” səsini qazanıb. Onun əleyhinə isə 284 deputat səs verib, 15-i isə bitərəf qalıb.
Bununla da Von der Leyen 2019-cu ildən tutduğu Aİ Komissiyasının sədri vəzifəsini daha 5 il davam etdirmək hüququ qazanıb.
Ursula von der Leyen kimdir?
İkinci dəfə Aİ Komissiyasının sədri təyin olunan Von der Leyen 1958-ci il oktyabrın 8-də Belçikada anadan olub.
Alman ailəsində anadan olan Leyenin atası Ernst Albrext Aİ-nin ilk təyin olunan rəsmilərindən biri və Aşağı Saksoniyann rəhbəri olub.
Siyasəti ailəsində yetişən Leyen universitet həyatına iqtisadiyyat sahəsində başlasa da, 1987-ci ildə Hannover Tibb Fakültəsini bitirib.
Siyasi karyerası 1990-cı ildə Alman Xristian Demokratik İttifaqı Partiyasına üzv olmaqla başlayıb. O, Aşağı Saksoniya Parlamentinin üzvü və əyalət hökumətində müxtəlif nazir vəzifələrində çalışıb.
Von der Leyen federal hökumətdə iştirak etməyə 2005-ci ildə o vaxtkı baş nazir Angela Merkelin kabinetində Ailə, Yaşlılar, Qadınlar və Gənclər naziri təyin edildikdən sonra başlayıb.
2009-2013-cü illər arasında Əmək və Sosial Məsələlər Naziri vəzifəsində çalışmış fon der Leyen 2013-cü ildə Almaniyanın ilk qadın Müdafiə Naziri olub. Təcrübəli siyasətçi 1 dekabr 2019-cu ildə Avropa Parlamenti və Aİ liderlərinin əksəriyyətinin dəstəyi ilə Komissiya sədri seçilib.
Lamiyə Əhmədli
MİA.AZ