Misirin Süveyş kanalından illik gəlirləri Qırmızı dənizdəki gərginlik səbəbiylə xeyli azalıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu azalma gəlirin təxminən 23,5 faizini əhatə edir. Yəni Misir minimum 2,2 milyard dollar qazancdan məhrum olub.
Süveyş Kanalı Administrasiyasının rəhbəri Usamə Rabi bildirib ki, Qırmızı dənizdə husilərin hücumlarından sonra ciddi böhran yaranıb: "Təhlükəsizlik problemləri bir çox gəmi sahibini və operatoru alternativ yollara məcbur edir. Bu isə kanaldan gəmilərin tranzit dərəcələrinə mənfi təsirini göstərib. Azalma 2023/2024 maliyyə ili ərzində trafik statistikasında da əks olunub. Böhran başlayandan kanaldan cəmi bir milyard ton yük daşıyan 20148 gəmi kanaldan keçib və cəmi 7,2 milyard dollar gəlir əldə olunub. Halbuki, əvvəlki ildə bu statistika fərqli olub, 9,4 milyard dollar gəlir əldə olunub".
Xatırladaq Yəməndə İranın dəstəklədiyi husilər 31 oktyabr 2023-cü il tarixindən etibarən İsrailin Qəzzaya hücumlarına etiraz olaarq Qırmızı dənizdə yük gəmilərini "gözüm-çıxdı"ya salıb. Bu isə dəniz və ona bağlı olan Süveyiş kanalında yükdaşımalara ciddi təsir etməyə başlayıb.
Samir MUSAYEV
MİA.AZ