Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom" və “Bakı Telefon Rabitəsi” MMC-lər avqustun 15-dən genişzolaqlı internetin tariflərinə dəyişiklik edəcəklər.

Mia.az xəbər verir ki, bu barədə dövlət provayderləri məlumat yayıb.

Bildirilir ki, Şirkətlər GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2,5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə, 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracaq.

Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0,45 manatdan 0,25 manata endiriləcək.

Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 manat, 150 Mbit/s internet üçün 30 manat, 250 Mbit/s internet üçün 36 manat qiymət təklif ediləcək.

Mia.az xəbər verir ki, yeni qaydalardan sonra bundan sonra 18 manatlıq paketlər lğğv olunur. Onun yerinə isə 25 manatlıq paket veriləcək: "İndiyədək 18 manata 40 Mbit internet alına paket ləğv olunur və bundan sonra ən aşağı paketlər 25 manat olacaq. Yəni, siz buna qədər 18 manata 40 Mbit internet alır və Mbit başına 0,45 AZN ödəyirdinizsə, yeni qərarla ən ucuz 25 manatlıq paketlə 100 Mbit internet alacaqsız. Yəni, Mbit başı 0,25 AZN-ə düşürüləs də, əslində, ən ucuz paket sürət adıyla bahalaşıb...".

MİA.AZ