İsrail ordusunun Qəzza zolağının mərkəzi və cənub bölgələrini gecə boyu bombalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Fələstinin rəsmi agentliyi WAFA açıqlayıb.
Bildirilib ki, ilkin məlumata görə, təkcə Nusayrat Qaçqınlar Düşərgəsində bir evin vurulması nəticəsində 6 mülki fələstinli ölüb, çoxlu sayda yaralı var: "Bununla bərabər, döyüş təyyarələri yenə həmin bölgədə Abdullah Əzzam məscidi bombalanıb. Burada ən azı 1 nəfər ölüb, 15 nəfər yaralanıb.
Qəzza zolağının mərkəzi hissəsində isə Bureyc Qaçqınlar Düşərgəsindəki bir evə fırladılan raket 2 nəfərin ölümünə, 7 nəfər yaralanmasına səbəb olub. 4 uşaq isə dağıntıalr altında qlaıb. Onların cəsədlərini çıxarmaq hələ də mümkün olmayıb..."
Xəbərdə Deyr əl-Belah, Xan Yunus və Rəfah şəhərlərinin də gecə boyu bombalandığı deyilir: "Bu şəhərlərdəki itkiləri hələlik dəqiqləşdirmək mümkün olmayıb".
Tahir Şəlvəli
MİA.AZ