Xəbər verdiyimiz kimi, dünən - iyulun 17-də Yeni Azərbaycan Partiyası (YAP) 1 sentyabr növbədənkənar parlament seçkiləri ilə bağlı 125 dairənin hamısından öz namizədlərinin adlarını açıqlayıb.
Mia.az xəbər verir ki, siyahıda daha çox köhnə deputatların adları təkrarlanıb, ancaq bununla yanaşı, vaxtilə deputat olanlar da bu dəfə siyahpıda adlarını yazdıra biliblər. Onlarn arasında başda Əli Əhmədov olmaqla, Mübariz Qurbanlı, Xanlar Fətiyev, Səyyad Aran və sairlərin adlarına rast gəlmək olar.
Bütün bunlarla yanaşı, siyahıda sürpriz namizədlər də var.
Məsələn:
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Əsgərov Asif Yunis oğlunun 112 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülüb. düzdür, o, 2006-2009-cu illərdə Zaqatalada icra başçısı olub.
İki gün əvvəl Oğuz rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Eyvaz Qurbanov da 117 saylı Oğuz–Qəbələ-Şəki seçki dairəsindən deputatlığa namizədliyi olub.
Namizədlərin siyahısında keçmiş kənd təsərrüfatı naziri, hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru olan Heydər Əsədovun da adı var. Onun namizədliyi 51 saylı Şirvan seçki dairəsindən irəli sürülüb.
Bakı təhsil idarəsinin sabiq rəhbəri, adı çoxsaylı qalmaqallarda hallanan Mehriban Vəliyevanın 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən namizədliyi isə maraq doğurmaya bilməz...
Həmçinin Odlar Yurdu Universitetnin sahibi Əhməd Vəliyevin oğlu Samirin 20 saylı Nərimanov ikinci seçki dairəsindən, deputat Tahir Süleymanovun oğlu Mahirin isə 56 saylı Şabran – Xaçmaz seçki dairəsindən namizədlikləri birmənalı qarşılanmayəb.
Bundan başqa, 22 saylı Nəsimi – Yasamal seçki dairəsindən YAP-ın namizədi olan “Dental Estetik Center” klinikasının sahibi Xaliq İsa oğlu Hüseynovla, Dövlət Neft Şirkətinin sabiq vitse-prezidenti Bədəl Bədəlovun 96 saylı Goranboy–Naftalan seçki dairəsindən namizədlikləriinin kimin təqdimatı ilə verilməsi də araşdırılmalı mövzudur.
Samir MUSAYEV
MİA.AZ