Türkiyənin İzmir şəhərində 89 qanunsuz miqrant saxlanılıb.

Mia.az xəbər verir ki, bu barədə İzmir Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Məlumata əsasən, İzmirin Urla və Karaburun rayonlarının dəniz sahillərinə yaxın bölgədə rezin qayıqda boğulmaq üzrə olan 89 miqrant xilas eilib: "Onlardan 46-ı uşaq olub. Onlar Köç İdarəsnə təhvil veirliblər"

Xəbərdə deyilir ki, onlar müvafiq işləmlərdən sonra ölkələrinə deport edilib.

Türkiyə mətbuatı yazır ki, həmin miqrantlar Afrika kökənli olublar.

Lamiyə Əhmədli

MİA.AZ