"İsrailin Qəzzada etdikləri beynəlxalq humanitar hüquqa zidd olan kollektiv cəzadır"

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri adıçəkilən ölkənin Xarici işlər naziri Sergey Lavrov BMT binasında keçirdiyi mətbuat konfransında deyib. 

O, beynəlxalq ictimaiyyətin Qəzzadakı vəziyyətə yetərli reaksiya verməməsinə təəssüflənib: "Təəssüf k, BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı heç bir qətnaməsi icra olunmayıb. Əlbəttə, HƏMAS-ın 7 oktyabrda hücumu da, bu hücumdan sonra indiyədək davam edən İsrailin ağır hücumları da qəbuledilməzdir".

BMT-ni ikili standartlarda ittiham edın Lavrov qeyd edib ki, Qəzzaya hücumlara gəldikdə, burada İsrailin adını birbaşa çəkə bilməyənlər, Ukraynadan söz düşən kimi isə dərhal Rusiyanı daha ağır formada hədəf alırlar: "Halbuki, BMT-nin bütün üzvlərə qarşı qərəzsiz olmaq öhdəliyi var".

Rusiya XİN başçısı Yaxın Şərqdəki gərginlikdə İranın maraqlı olmadığını da deyib: "İran gərginliyi artırmaq istəmir. İsrail bunu edir. Üstəlik, Hizbullah da təmkinlə hərəkət edir, lakin ABŞ və İsrail münaqişəni qızışdırmağa və genişləndirməyə çalışırlar".

Samir Musayev

MİA.AZ