Məşhur hollandiyalı narkobaron Türkiyədə "qəribə üsul"la axtarışa verilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Türkiyədə yaşadığı iddia edilən hollandiyalı məşhur narkobaron Cozef Yohannes Leydekkersin fotoları çoxaldılaraq ölkənin Yunanıstanla sərhədində yerləşən Ədirnə şəhərinin küçələrinə “Axtarılır” xəbərdarlığı ilə vurulub.

Xəbərdarlıqda onun yerini deyənə 300 min avro mükafat vəd olunub.

Məlumatda o da deyilir ki, onun axtarışı Hollandiya və Belçikada da davam edir: "Bu ölkələr isə onun yerini söyləyənə 200 min dollar mükafat verəcək".

Türkiyə mətbuatı isə yazır ki, axtarışda olan narkobaron Joseph Johannes Leidekkers təkcə Avropada narkotik satışı həyata keçirmir, o, həm də bu "biznes"dən gələn gəlirləri "yumaq"la məşğuldur: "Narkobaron bu çirkli qazaancı Türkiyədə Naci Y. adlı şəxsin vasitəsi ilə leqallaşdırır. Beləcə narkotikdən qazanılan milyonlarla vəsait təmiz vəsait kimi dövriyyəyə buraxılır".

Bildirilib ki, Türkiyə polisi narkotik vasitələrdən əldə edilən milyardlarla lirənin yuyulmasında əsas rol oynayan Naci Y.-yə qarşı əməliyyat keçirsə də, onu həbs edə bilməyib: "Türk polisi onun qardaşını saxlayıb. Və bəzi kripto telefonlarla sənədləri götürüb.  

Zülfiyyə

MİA.AZ