Türkiyənin İstanbul və Sakariyada terror təşkilatına qarşı yeni əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulvə Sakariyada həyata keçirilən uğurlu əməliyyatla DHKP/C terror təşkilatının üzvü olmaqda şübhəli bilinən 12 nəfər qandallanıb: "Əməliyyat zamanı onların ev və iş yerlərində sübutlar aşkarlanaraq götürülüb. Hazırda şübhəli şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam edir".
Firudin Səfərli
MİA.AZ