"Əgər Qəzza zolağında atəşkəsi təmin etmək istəyiriksə, o zaman İsrailə təzyiq artırılmalıdır".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Misir Xarici İşlər naziri almaniyalı həmkarı Annalena Baerbokla telefon danışığında deyib.
Misir-Aİ əlaqələrinin yaxşılaşdırılması və Avropadan Misirə əlavə investisiya axını barədə Almaniyadan dəstək gözlədiklərini ifadə edən misirli nazir Bedir Abdulati daha sonra Qəzzadakı vəziyyətə toxunub.
O, Qəzza ilə bağlı nəticəsiz atəşkəs danışıqları haqda alman həmkarını məlumatlandırıb və bu məsələdə də Almaniyadan kömək gözlədiklərini sözlərinə əlavə edib: "BMT Təhlükəsizlik Şurasının müharibənin dayandırılması və humanitar yardımın ölkəyə daxil olmasını təmin edən qətnamələrinin tam yerinə yetirilməsi üçün İsrail hökumətinə təzyiqin artırılaması mütləqdir..."
Zülfiyyə
MİA.AZ