Bu gün Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat paylaşıb.

Məlumata görə,  danışıqlar nəticəsində Ukraynada əsir götürülən 95 rus əsgəri Moskvaya təhvil verilib: "Bunun müqabilində isə Ukrayna Silahlı Qüvvələrindən əsir götürülən 95 əsgər Kiyevə geri qaytarılıb".

Nazirlik qeyd edib ki, Birləşmiş Ərəb Əmirlikləri əsir mübadiləsinə vasitəçilik edib: "Azad edilən rusiyalı hərbçilər Rusiya Müdafiə Nazirliyinə tabe olan səhiyyə müəssisələrində müalicə və reabilitasiya üçün Moskvaya gətiriliblər..."

Zülfiyyə

MİA.AZ