“Tayvan onları Çinə qarşı qorumamamız istəyirsə, o zaman ABŞ-a pul ödəməlidir”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidentliyinə namizəd, keçmiş prezident Donald Tramp Bloomberg Businessweek”ə müsahibəsində deyib.

O bildirib ki, noyabrın 5-də keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə, ölkənin xarici siyasətində daha kəskin qərarlar alacaq.

O, jurnalistin "ABŞ Tayvanı qorumağa davam edəcəkmi?" sualına isə maraqlı cavab verib: "ABŞ indi sanki sığorta şirkətidir. Ölkənin sığorta şirkətindən heç bir fərqi qalmayıb. Tayvan indiyədək ABŞ-a nə verib? Heç nə.  ABŞ-a heç nə verməyən bir bölgəni biz niyə qoruyaq ki? Əgər Tayvan onları Çindən qorumağəımız istəyirsə, o zaman bunun əvəzini verməli, ABŞ-a pul ödəməlidir. baxın Çinin Tayvana qarşı hərəkətlərinə. Tayvanın yerində olsam, özümü təhlükəsiz hiss etməzdim. Həm də Tayvan ABŞ-da bir çox sənaye sahələrində mühüm üstünlüklər əldə edib. Onlar bizim bütün çip işimizi satın alıblar, çox zəngindirlər. Əlbəttə, bizə görə buna nail olublar. Kimə görə? Biz onlar üçün sığorta şirkəti qiyafəsindən çıxmalıyıq. üstəlik, onlara yardımı da dayandırmalıyıq. Niyə onlara pul ödəməliyik? Onları Çindən qoruduğumuz üçün onlar bizə ödəmə etməlidirlər...".

Xatırladaq ki, ABŞ prezidenti Co Baydenin aprel ayında imzaladığı 95 milyard dollarlıq xarici yardım paketinə əsasən, Tayvan dəstək üçün daha 8,1 milyard dollar ayrılıb.

Samir MUSAYEV

MİA.AZ