BMT növbəti dəfə İsrail ordusunun Qəzzada məkətbləri hədəfə almaqda ittiham edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım İşlər üzrə Təşkilatının (UNRWA) baş komissarı Filip Lazzarini açıqlama verib.

Bildirilib ki, Qəzza zolağında son 10 gündə daha 8 məktəb bombalanıb: "Onlardan 6-sı UNRWA-ya məxsus məktəblər olub. Təəssüf ki, müharibə uşaqların təhsil və uşaqlığını əlindən alıb".

BMT rəsmisi daha sonra yenidən İsraili ittiham edib: "Beynəlxalq humanitar hüquqa açıq və davamlı etinasızlıq səngimədən davam edir. Qəzzada bütün müharibə qaydaları pozulub. Dünyanın heç bir yerində məktəblər hədəf alınmır. Təəssüf ki, İsrail ordusu bu humanitar qaydanı da pozur...".

Məlumata görə, İsrail ordusu dünən və bir gün əvvəl Qəzzanın mərkəzi hissəsində yerləşən Nusayratda UNRWA-ya aid iki məktəbə raket zərbəsi endirib.

Tahir Şəlvəli

MİA.AZ