Vaşinqton birgə təlimlərin ləğvinə baxmayaraq, Tbilisi ilə hərbi əməkdaşlığı dəstəkləməyə davam edəcək.

Bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.

Rayder bu yay planlaşdırılan hərbi təlimlərinin qeyri-müəyyən müddətə təxirə salınmasını şərh edərkən bildirib ki, Pentaqonun başqa hər hansı ləğvetmədən xəbəri yoxdur.

O, ABŞ-nin Gürcüstan ordusu ilə tərəfdaşlıq əlaqələrini davam etdirəcəyini vurğulayıb. Pentaqon, həmçinin Gürcüstanın suverenliyini möhkəmləndirmək və ərazi bütövlüyünü qorumaq üçün yollar axtaracaq./Report