"26 saylı I Sabunçu seçki dairəsindən VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd kimi topladığımız imza vərəqlərini digər zəruri sənədlərlə birgə Dairə Seçki Komissiyasına (DSK) təhvil verdim".

Mia.az xəbər verir ki, bu sözləri Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa sosial media hesabında yazıb.

O bildirib ki, məmləkətimizə, dövlətimizə, partiyamıza və vətəndaşlarımıza xidmətin yeni mərhələsinə qədəm qoyur: "Bakıxanov qəsəbəsi seçicilərinə imza toplama mərhələsində göstərdikləri həssaslıq və dəstəyə görə minnətdaram. Xeyirli olsun".

Samir 

MİA.AZ