Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Omanın paytaxtı Maskatda ötən gün məscidə edilən silahlı basqınla bağlı bəyanat yayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bəyanatda məscidə silahlı basqında həlak olan 6 nəfərin ailələrinə və xalqa başsağlığı verilib, yaralılara təcili şəfa dilənib: "Omanın paytaxtı Maskatda məscidə silahlı basqın nəticəsində 6 nəfərin həyatını itirməsi və çoxlu sayda insanın yaralanması bizi dərindən kədərləndirir. Hücumda həyatını itirənlərə Allahdan rəhmət diləyir, ailələrinə və Oman xalqına başsağlığı verir, yaralananlara şəfa diləyirik".

Zülfiyyə

MİA.AZ