Ermənistan İstintaq Komitəsi ötən ilin noyabrında ifşa olunmuş, qətl hazırlayan və dövlət qurumlarını ələ keçirməyə cəhd edən cinayətkar qrupla bağlı ilkin istintaqı başa çatdırıb.
Bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, cinayətkar qrupun planlarına terror aktları həyata keçirməklə dövlət aparatının işini pozmaq daxil idi. Onların ölkə rəhbərliyinin yürütdüyü xarici siyasətlə razı olmayıblar. Planlarını həyata keçirmək üçün qrup üzvləri lazımi materialları və s. əldə ediblər. Təhlükəsizlik qüvvələrinin məlumatına görə, əməliyyatın kod adı “Şimal xəzanı” olub.
“Cəmiyyət üçün təhlükəli olan hərəkətlərdən ötrü pilotsuz uçuş aparatlarından partlayıcı cisimlərin atılması, həmçinin partlayışların məsafədən idarə edilməsinin digər üsulları işlənib hazırlanıb. Bunun üçün qrup üzvləri pilotsuz uçuş aparatını əldə edib sınaqdan keçirib, onu cinayət məqsədlərinə nail olmaq üçün modifikasiya ediblər”, - məlumatda vurğulanıb.
Bildirilib ki, əsas fəaliyyət göstərən şəxslər beş nəfər olub. Onlar haqqında materiallar ittiham aktı ilə birlikdə təsdiq olunmaq üçün prokurorluğa təqdim edilib./Report