ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Nigerdəki 300-ə yaxın ABŞ əsgərinin ölkədən çıxarılma tarixini açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nigerdəki ABŞ əsgərlərinin vəziyyətindən danışan Sinq bildirib ki, iyulun 7-dən etibarən paytaxt Niameydəki 101-ci hava bazasından tamamilə geri çəkiliblər: "Hazırda ABŞ-ın Nigerdə ​​300-ə yaxın əsgəri qalıb. Onlar 15 sentyabra qədər təhlükəsiz və nizamlı şəkildə ölkədən çıxarılacaqlar".

Xatırladaq ki, martın 17-də Niger ABŞ ilə 12 il əvvəl imzaladığı hərbi əməkdaşlıq müqaviləsinə xitam verərək, amerikalı əsgərlərinin tezliklə ölkəni tərk etməsini tələb edib.

Tahir Şəlvəli

MİA.AZ