Rumıniya parlamenti ölkə ərazisində sayı kəskin artan qonur ayılardan təxminən 500-ə yaxının öldürülməsi haqda layihəni təsdiqləyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb həddindən artıq populyasiyası və artan ayıların təhlükə saçması olub.

Xəbərdə deyilir ki, ötən həftə Karpat dağlarında ayı hücumu nəticəsində bir turistin ölümü də layihənin tələsik qəbulunda müstəsna rol oynayıb.

Ətraf Mühit Nazirliyinin məlumatına görə, Rumıniyada 8000 qonur ayı yaşayır ki, bu da Rusiyadan sonra Avropada ən böyük qonur ayı populyasiyasıdır. Nazirlik ayıların son 20 ildə 26 nəfəri öldürdüyünü, 274 nəfəri isə ağır yaraladığını bildirib: "Ötən həftə gənc bir turistin ayı hücumuna məruz qalmasından sonra baş nazir Marsel Ciolacu parlamenti yay tətilindən təcili geri çağırdı. Və 481 ədəd qonur ayının öldürülməsi haqda layihə qəbul eidldi".

Samir Musayev

MİA.AZ