"Kayserispor" yeni mövsüm öncəsi yoldaşlıq görüşündə "Samsunspor"a 3-1 hesabı ilə qalib gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, matçdan sonra açıqlama verən “Kayserispor”un baş məşqçisi Burak Yılmaz komandadakı sıxıntılardan da söz açıb.

O deyib ki, bu oyunda 16 yaşlı futbolçularını da meydana buraxıb: "45 dəqiqə olsa belə, hamını oynatmağa çalışdıq. Hazır deyilik, amma ilk yoldaşlıq oyunumuzdur. Çox ağır məşqlər edirik, idmançılarımız çox yorğundur. Amma nə olursa olsun, vaxt itirmək istəmirik. Qələbə vərdişimizə yoldaşlıq görüşlərindən başlamalıyıq. Biz bunu ölçü kimi qəbul etmirik, amma uduzmaq üzücüdür. Hörmətli prezidentimiz və menecerlərimiz kluba tətbiq olunan transfer qadağası üzərində davamlı işləyirlər. Transfer qadağası üzərimzidən götürülsə, çox şad olarıq. Açılmasa belə, bu şəkildə davam edəcəyik. "Kayserispor"un məqsədi oynadığı hər matçda həmişə qələbə qazanmaqdır. Yeni mövsüm də belə niyyətlə oynayacağıq".

Fərid Aslan

MİA.AZ