Bu gün Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti seçkilərində çıxış edən "Fənərbağça"nın prezidenti Ali Koç TFF-nin hazırkı rəhbəri, eyni zamanda, yenidən bu posta namizəd olan Mehmet Büyükekşini təhqir edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, toplantıda çıxış edən Ali Koç onun ölkə futboluna rəhbərlik elədiyi dövrü tarixin ən pis dövrü adlandırıb: 

"Burada 300 nümayəndə var, amma görürəm ki, heç kimin danışmaq niyyəti yoxdur, çünki həyəcanı yoxdur! Demək, onların heç bir problemi yoxdur. Ancaq mən 15 dəqiqə danışacağam".

O daha sonra üzünü Mehmet Büyükekşiyə tutaraq istehza ilə deyib: "İdarəçilik tərzi cəmiyyətin heç bir təbəqəsində qəbul edilməyən, heç vaxt görünməmiş qalmaqallar edən bir prezident olsanız da, sizi yenidən namizəd olduğunuz üçün təbrik edirəm. Tarixdə bu cür yaramaz idarəçiliyə görə özünü məsuliyyətsiz aparan, "Fənərbağça" və "Beşiktaş" stadionlarına gələ bilməyən, 100 illik futbol tariximizin ən pis prezidenti olsan da, qarşımıza bu cür çıxmağın qeyri-adi bir uğurdur! Buna görə səni yenə təbrik edirəm.

Cənab Büyükekşi, o qədər skandallara imza atdın, indi yenidən bu cür seçki ilə seçilmsən, narahat olmayacaqsanmı? Bu şəkildə seçilməyin vicdanını narahat etməzmi? Şərəfli, qürurlu  bir insan bu şəkildə namizəd olmazdı...".

Ali Koçun son cümləsindən sona isə ortalıq qarışıb. Mehmet Büyükekşi ayağa qalxaraq ""Fənərbağça" kimi böyük klubun prezidenti belə danışa bilməz" deyə ona qıcanılb. Gərginlikyi isə araya girən Mehmet Baykan sakitləşdirib. Ali Koç isə bundan sonra son təhqiramiz sözünü  geri çəkdiyini deyib: “Son sözümü geri alıram. Halbuki siz böyük "Fənərbağça" prezidenti haqqında dövlətə yalan danışdınız..." 

Fərid ASLAN

MİA.AZ