Omanın paytaxtı Maskatda məscid yaxınlığında silahlı terror aktı baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, polis hadisə haqda ətraflı məlumat verməsə də, hadisə zmanı 4 nəfərin həlak olduğunu açıqlayıb.

Əlavə edilib  ki, yaralılar da var: "Hazırda ərazidə Vəziyyət tam nəzaərtdədir, istintaq başlayıb. Operativ araşdırma gedir".

Xarici media quruluşlarının iddiasına görə isə avtomatla silahlanmış şəxs məscidin ətrafında olan insanları güllə yağışına tutub. İddiaya görə, o, polis tərəfindən zərərsizləşdirlib.

Xtırladaq ki, Oman Ərəbistan yarımadasında, körfəzin girişində strateji üstünlüyə sahib olan, əhalisinin əksəriyyəti müsəlman bir ölkədir. 

Omanda belə zorakılıq hadisələri nadir hallarda baş verir.

Samir Musayev

MİA.AZ