1 sentyabr-parlament seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlər siyahısı ilə bağlı müzakirələr davam edir.
Mia.az xəbər verir ki, Milli Məclisin hazırki üzvlərinin bir çoxunun yeni namizədlər siyahısında olamayacğı bildirilir. Həmin şəxslərdən biri də Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisinin deputatı olmuş Eldar İbrahimovdur.
Mia.az-ın məlumatına görə, Gununsesi.info-nun əməkdaşı ilə söhbətində Eldar İbrahimov deputatlığa namizəd olmayacağı barədə xəbərə belə reaksiya verib: “Mən bu barədə geniş müsahibə vermək niyyətində deyiləm. Bir neçə gün sonra YAP namizədlərini açıqlayacaq. Nə olacaqsa, o zaman bunu biləcəyik. Əlavə şərhim yoxdur”.