Avropa İttifaqı (Aİ) Rusiya, Yaxın Şərq və Qırmızı dənizdəki silahlı qruplaşmalara hərbi dəstək verdiyi üçün İrana tətbiq etdiyi sanksiyaları daha bir bir il müddətinə uzadıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Məlumatda deyilir ki, sanksiyanın müddəti 27 iyul 2025-ci ilə kimi artırılıb: "Sözügedən sanksiya rejimi çərçivəsində 12 şəxs və 9 təşkilat siyahıya alınıb".
Lamiyə Əhmədli
MİA.AZ