BMT ötən ilin oktyabrın 7-dən İsrailin hücumlarına məruz qalan Qəzza zolağında 40 milyon tondan çox dağıntı əmələ gəldiyini açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qurum bu barədə hesabat yayıb.

Hesabata görə, dağıntıların aradan qaldıırlması üçün minimum 15 il vaxt lazımdır: "Bəlkə də daha çox vaxt gərək olacaq. Bütün bunlar üçünsə ən azı  500 milyon dollar vəsait xərclənəcək. Üstəlik, dağıntılar arasında partlamamış sursat və zərərli maddələrin ola biləcəyini də unutmamalıyıq".

Xatırladaq ki, İsrail davamlı olaraq bombaladığı Qəzza zolağının bir çox hissələri xarabalığa çevrilib.

Firudin Səfərli

MİA.AZ