İsrail ordusu Qəzza zolağının mərkəzi və cənub bölgələrini ötən gecə boyu bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi WAFA məlumat yayıb.

Məlumata əsasən, hücum nəticəsində çoxlu sayda insan ölüb, yaralılar var: "Tel əl-Heva, Şeyx Aclin və Es-Sabra məhəllələri, həmçinin Zeytun rayonundakı 8-ci küçə daha şiddətli bombalayıb. Bundan başqa, Əl-Meqazi Qaçqın Düşərgəsinə də çoxsaylıı zərbələr endirilib. Təxmini hesablamalara görə, 20-dən çox mülki şəxs bombardmanda ölüb, 50-dən çox yaralı var. Dağıntılar altında onlarla insanın qalması güman olunur. Hazırda dəqiqləşmə aparılır".

Xatırladaq ki, 7 oktyabrdan bəri Qəzza zolağında 38584 fələstinli həyatını itirib, 88881 nəfər isə yaralanıb.

Firudin Səfərli

MİA.AZ