22 il əvvəl yoxa çıxan 59 yaşlı alpinistin donmuş cəsədi tapılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Peruda baş verib.

Məlumata görə, amerikalı alpinist Uilyam Stampfl 2002-ci ilin iyununda Perunun 4-cü ən hündür dağı olan Huaskaran bölgəsində itkin düşübmüş:

"Həmin vaxtdan 59 yaşlı alpinist və komandasının And dağlarındakı 6700 metrlik hündürlükdə qar uçqunu altında qaldığı güman olunurdu..."

Peru polisinin bu gün yaydığı məlumata görə, son illər baş verən iqlim dəyişikliyi nəticəsində dağda sürətlə əriyən qar Stampflın cəsədini gün üzünə çıxarıb: "Stampflın meyiti, paltarları, dırmaşma alətləri və çəkmələri soyuq sayəsində olduğu kimi qalıb. Cəsəddə kiçik bir çürümə belə yoxdur. Onun şəxsiyyəti isə üzərində olan pasportla müəyyənləşib".

Xatırladaq ki, Huascaran və Cashan kimi qarlı zirvələrə sahib olan bölgə Perunun şimal-şərqində yerləşir. Bura alpinstlərin diqqətini həmişə özünə çəkisə də, burada oxşar faciələr tez-tez baş verir. 

Məlumata görə, ötən ay 35 yaşlı italyan alpinist Tomas Françininin cəsədi də buradan tapılıb. O, dağa dırmaşarkən yıxılaraq dünyasını dəyişmişdi.

May ayında isə orada itkin düşən israilli alpinistin cəsədi bir ay sonra tapılmışdı.

Firudin Səfərli

MİA.AZ