Türkiyə kəşfiyyatı (MİT) Dəniz yolu ilə İzmirdən xaricə qaçmaq istəyən FETÖ-çüləri qandallayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, MİT kəşfiyyat məlumatı nəticəsində Çeşme Alaçatı körfəzindən yola düşən ABŞ bayraqlı "ASTERI" adlı yelkənli qayıqda əməliyyat keçirib.
Məlumata görə, əməliyyat zamanı 8 FETÖ-çü tutulub: "FETÖ silahlı terror təşkilatının 8 üzvü Jandarma bölmələrinə təhvil verilib. Onlar ifadəsi alındıqdan sonra hakim qarşısıan çıxarılacaqlar...".
Xəbərdə o da deyilir ki, tutulanlardan Ö.B., M.K., A.Ç. və H.S.-nin vaxtilə Türkiyə Silahlı Qüvvələrindən xaric ediliblər, digər biri - A.K isə Cizrə Rayon Polis Şöbəsinin sabiq polis rəisi olub: "Qalan iki nəfər isə Yedikule Sinə Xəstəxanasında çalışıblar...".
Samir Musayev
MİA.AZ