"ABŞ-da prezidentlərə və prezidentliyə namizədlərə sui-qəsdlər “ənənə”yə çevrilib".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Trampın sui-qəsd cəhdinə məruz qalmasına münasibətdə deyib.

Zaxarova “Rossiya-24” kanalına açıqlamasında bildirib ki, baş verən olay ABŞ-ın ağır daxili siyasi həyatından qaynaqlanır: “Bayden bu hadisəni ölkənin daxili siyasətinin acıverici  hadisəsi  kimi qələmə verib. Ancaq mən onun demək istəmədiyini demək istəyirəm: bu, ABŞ-da artıq "siyasi ənənə"dir. Bəli, ABŞ-da prezidentlərə və prezidentliyə namizədlərə sui-qəsdlər “ənənə”yə çevrilib".

Samir Musayev

MİA.AZ