Britaniyanın Baş naziri Keir Starmer ABŞ-ın prezidentliyə namizəd, keçmiş prezidenti Donald Trampın Pensilvaniya ştatında seçki mitinqində tribunada güllələnməsindən dəhşətə gəlib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, hadisəyə belə reaksiya verib: “Prezident Trampın mitinqindəki şok səhnələrdən dəhşətə gəldim. Ona və ailəsinə ən xoş arzularımızı çatdırırıq”.

Böyük Britaniyanın Xarici İşlər Naziri David Lammy da hadisəni pisləyib: “Böyük Britaniya hökuməti siyasi zorakılığın bütün formalarını ən sərt şəkildə pisləyir. Pensilvaniyada baş verən sarsıdıcı hadisələri kədərlə izlədik...".

Lamiyə Əhmədli

MİA.AZ