Prezident Rəcəb Tayyib Ərdoğan NATO Dövlət və Hökumət Başçıları Zirvə toplantısından geri dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan güclülərin hökmran olduğu dünya nizamı ilə qarşı-qarşıya olduqlarını deyib.
“Məsələn, Rusiya Çinlə həmrəydir və bu vəziyyət Qərbi ciddi şəkildə narahat edir. Qərb Ukraynaya hər cür maddi və həmçinin silah və sursat da daxil olmaqla, bütün vasitələri verir. Bütün bu dəstəyə baxmayaraq, hələ də Ukraynada gözlədikləri nəticəni ala bilməyiblər. İndiki məqamda Ukraynanın ən böyük zəmanəti NATO-nun varlığıdır və bu, onlara bir qədər rahatlıq verir. Bizim isə bu böyük güc rəqabətində həm Rusiya, həm də Ukrayna ilə əlaqəmiz fərqlidir, prosesə mümkün qədər ədalətli yanaşmağa çalışırıq.
Fərid
MİA.AZ