"NATO-nun Pekini Rusiyanın müdafiə sənayesinə dəstək verməkdə ittiham eləməsi haqsızdır".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Çinin xarici işlər naziri Vanq Yi hollandiyalı həmkarı Kaspar Veldkampla telefon danışığında deyib.
Vanq NATO-nun ABŞ-dakı sammitinin yekununda qəbul edilən bəyannamədə “Çin Rusiyanın müdafiə sənayesini əhəmiyyətli dərəcədə dəstəkləyir və eyni zamanda Rusiyanın Ukraynada hərbi əməliyyatlarına şərait yaradır” ifadəsini qəbuledilməz sayıb:
"NATO yenə əsassız ittihamlar irəli sürüb. Biz bu cür bəyanatları əsla qəbul etməyəcəyik. Pekin Rusiyanın müdafiə sənayesinə dəstək vermir. Çinin dünyada, o cümlədən Ukraynada sülh və sabitliyin təmin edilməsi üçün çalışır. Əlbəttə, Çin və NATO ölkələrinin fərqli siyasi sistemləri və dəyərləri var. Lakin bu, NATO-nun Çinlə qarşıdurma yaratmasına səbəb olmamalıdır".
Nazir qarşılıqlı anlaşma şəraitində Hollandiya hökuməti ilə sıx təmas qurmağa və çoxşaxəli dialoqlar aparmağa hazır olduqlarını da bəyan edib: "Çinin Hollandiya ilə qlobal sənaye və təchizat zəncirləri sahələrində əməkdaşlığa hazırdır".
Çinin Hollandiyanın Asiyada əsas iqtisadi və ticarət tərəfdaşı olduğuna deyən hollandiyalı nazir Veldkamp isə bildirib ki, iki ölkənin qarşılıqlı faydalı əməkdaşlığı mühüm əhəmiyyət daşıyır: "Biz bu əlaqələri daha da inkişaf etdirməliyik".
Firudin Səfərli
MİA.AZ