Martın 31-də keçirilən bələdiyyə seçkilərində kürdlərin partiyası hesab olunan DEM Partiyasından səslərin təxminən 65 faizini toplayaraq Diyarbakır Böyükşəhər Bələdiyyə sədri seçilən həmsədrlər Serra Bucak və Doğan Hatun ölkənin bütövlüyünə zidd daha bir mübahisəli addım atıblar.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bələdiyyə qərarı ilə küçələrdə kürdcə yeni qayda - xəbərdarlıqlar yazılmağa başlayıb.
Məlumata görə, Diyarbakırın Yenişehir rayonunda avtomobil yoluna "əvvəl piyada" mənasını verən "Pêşî Peya" və "yavaş" mənasını verən "Hêdî" sözləri yazılıb. Həmin anın görüntüləri qısa zamanda sosial mediada böyük əks-səda yaradıb.
Xatırladaq ki, bundan əvvəl kürd əsilli bələdiyyə həmsədrləri bələdiyyənin rəsmi saytında Türkiyə bayrağını yığışdırıblar. Lakin etirazlardan sonra onlar geri çəkilərək bayrağı yenidən geri bərpa etmişdilər.
Samir Musayev
MİA.AZ