Milli Məclisinin sədri Sahibə Qafarova Rusiyada dünyanın diqqətini cəlb edən mühüm mesaj verib.
Mia.az "TRT HABER"ə istinadla xəbər verir ki, Sahibə Qafarova Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən BRİKS-ə üzv döbvlətlərinin Parlament Forumunda etdiyi çıxışda Azərbaycanın BRİKS-ə üzv olmaq istədiyini bəyan edib.
Qafarova qeyd edib ki, beynəlxalq sistemin səmərəliliyini təmin etmək üçün münasibətlər qarşılıqlı fayda və hörmət əsasında qurulmalıdır: "Bəli, çoxtərəfli münasibətlərin gücləndirilməsi vacibdir. Azərbaycan həm ikitərəfli münasibətlərdə, həm də çoxtərəfli formatlarda dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq edir. Bu prinsiplər BRİKS-in də prioritetləridir. Azərbaycan BRİKS-ə qoşulmaq arzusunu ifadə edir".
Xatırladaq ki, iyulun 3-4-də Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin dövlət başçılarının Zirvə görüşü çərçivəsində Azərbaycan və Çin arasında “Strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” qəbul edilib.
Bəyannamədə Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi qeyd olunub və Çinin bu istəyi müsbət qarşıladığı qeyd edilib.
Onu da qeyd edək ki, 2006-cı ilin iyun ayında St. Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Braziliya, Rusiya, Hindistan və Çinin bir araya gəlməsi ilə qurulan BRİKS 2010-cu ildə Cənubi Afrikanın, bu il isə Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iştirakı ilə çoxmillətli təşkilat kimi önə çıxmağa başlayıb. Xəbərə görə, 30-dan çox ölkə BRİKS-ə üzv olmaq üçün müraciət edib.
Rusiya lideri Putin isə dünyada daha balanslı bir nizamın yaradılmasını qabardıb: "Əlbəttə, bu asan deyil, ancaq mümkündür..."
Öz siyasətlərini həyata keçirməyə çalışan ölkələrə təzyiqlər olduğunu vurğulayan Putin qeyd edib ki, birtərəfli sanksiyalar, ticarət qaydalarının seçmə tətbiqi və şantaj beynəlxalq hüquq prinsiplərinə zidd olaraq istifadə edilir: "BRİKS-in əhəmiyyəti isə bu hala qarşı getdikcə artır. BRICS-in hələ institutlaşmış parlament strukturu yoxdur, lakin bu ideyanın gələcəkdə mütləq həyata keçiriləcəyinə inanıram .BRİKS formalaşmaqda olan çoxqütblü dünya nizamının əsas elementlərindən biridir ki, burada qlobal cənub və şərqdəki dövlətlər dünyada artan tərəfdarlarımızın maraqlarını və istəklərini getdikcə daha çox əks etdirir”
Samir Musayev
MİA.AZ